• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Aİ-nin Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı səyləri səmərəsizdir"



Avropa İttifaqının (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindəki səyləri səmərəsizdir.

“Ölkə.Az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.

“Biz hər gün daha çox əmin oluruq ki, Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına heç bir töhfəsi yoxdur. Əksinə, Avropa İttifaqının nümayəndələri müxtəlif təxribatlarla, kəşfiyyat fəaliyyəti, təbliğat işləri ilə məşğuldurlar”, - o vurğulayıb.

Onun sözlərinə görə, Aİ-nin bu fəaliyyətinin Cənubi Qafqazdakı məsələrə xaricdən müdaxilə istəməyən region ölkələri tərəfindən qəbul edilməməsi təəccüblü deyil.

M.Zaxarova bildirib ki, Aİ və NATO-nun məqsədi Azərbaycan-Ermənistan nizamlanmasına real yardım deyil: “Qərb Cənubi Qafqazı daha bir geosiyasi rəqabət meydanına çevirərək, yerli sakinlərin maraqlarına məhəl qoymadan bu regionun hərbiləşdirilməsini davam etdirir və faktiki olaraq yaxın gələcəkdə regionun sülh yolu ilə inkişafı vəzifələrinin həyata keçirilməsinə son qoyur”.

ƏN ÇOX OXUNANLAR

  • 9
"Neftçi" qalib gəldi
1.0295269489288