• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Keçmiş modeldən Diddi ilə bağlı iddia



Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsa qarşı daha bir iddia səslənib.

"Ölkə.az" xəbər verir ki, bu dəfə keçmiş "Playboy" modeli Reyçel Kennedi açıqlaması ilə diqqət çəkib. O bildirib ki, Şon Kombs bir dəfə onu o vaxtkı sevgilisi Cennifer Lopezin videosuna baxmağa məcbur edib.

Reyçelin dediyinə görə, o və bir neçə rəfiqəsi Kombsun məclisinə dəvət olunub. Lakin o, otel otağına çatanda bunun heç də gözlədikləri kimi olmadığını başa düşdüklərini deyib.

"CeyLonun videosuna baxmağımız qəribə idi. Düşündüm ki, bu, bir az ürpertici, çox hörmətsizlikdir" deyə, Kennedi "Daily Mail"ə açıqlamasında bildirib.

Keçmiş model daha sonra Diddinin bir qızla kənara çəkilib, söhbət etdiyini, daha sonra cinsi əlaqədə olublar. Lakin bir müddət sonra Kombsun mühafizəçisi otağa girib. O bildirib ki, Şonunun onun sevgilisi ilə birlikdə olduğunu deyib, onu gəlincik ustası adlandırıb. Diddi onun sözlərinə əhəmiyyət verməyib. Qəzəblənən mühafizəçi hamını məclisdən qovub.(Axşam.az)

ƏN ÇOX OXUNANLAR

  • 19
Harris Trampı qabaqladı
0.017434120178223