Ukrayna və Rusiya mümkün güzəştləri müəyyən etmək üçün gizli danışıqlar aparır.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Die Zeit” nəşri məlumat yayıb.
“Mümkün güzəştləri, o cümlədən enerji infrastrukturuna hücumlara qarşı qarşılıqlı təmkin, məhbus mübadiləsi, ukraynalı uşaqların geri qaytarılması və taxıl müqaviləsini müzakirə etmək üçün konfidensial danışıqlar aparılır. Danışıqlar siyasi məsləhətçilər səviyyəsində baş verir və Krımın taleyi və tərəflərin güzəştə getmək istəyi kimi məsələlərə toxunulur”, - məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, danışıqlar indiyədək G7 ölkələri və Çinin iştirakı ilə Kopenhagen, Kiyev, Davos, Ciddə və digər yerlərdə baş tutub.(Axar.az)