• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Pakistanda fövqəladə vəziyyət: Normadan 40 dəfə çox... - FOTO



Pakistanın Pəncab əyalətində bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Buna səbəb isə Lahor şəhərində hava çirkliliyinin rekord həddə çatmasıdır.

Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "məqbul" hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb.

Lahor havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhərdir.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.027131080627441