• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranda zəlzələ baş verib



İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər yayıb.

Qeyd edilir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.

Germsarın prefekti Reza Hani bildirib ki, zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib.

İranın digər agentliyi IRIB-in məlumatına görə, zəlzələ Tehranda və onun ətrafındakı Kerec şəhərində də hiss edilib. Təbii hadisə həmçinin Qum şəhərində də hiss olunub; bu şəhər Tahran yaxınlığında eyniadlı əyalətin inzibati mərkəzidir.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

ƏN ÇOX OXUNANLAR

0.033400058746338