Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Avropa Liqası çərçivəsində "Beşiktaş" - "Makkabi Təl-Əviv" matçının İstanbulda keçirilməməsinə qərar verib.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, həftənin sonuna kimi matçın keçiriləcəyi ölkə və stadion müəyyənləşəcək.
Qeyd edilir ki, UEFA qərarı İsrail komandasının Türkiyədəki təhlükəsizliyinə əmin olmadığı ilə əsaslandırıb.