Rekord sayda varlı amerikalı prezident seçkilərindən sonra mümkün iğtişaşlardan ehtiyat edərək ABŞ-ni qeyri-müəyyən müddətə tərk etməyi planlaşdırır.
Ölkə.Az xəbər verir ki, bu barədə Amerikanın CNBC telekanalı miqrasiya sahəsində ekspertlərə istinadən məlumat yayıb.
Yüksək gəlirli ev təsərrüfatları ilə işləyən hüquqşünaslar və məsləhətçilər ikinci pasportlara və xaricdə uzunmüddətli yaşayışa marağın artdığını görürlər.
Henley & Partners rəhbərinin sözlərinə görə, ilk dəfə olaraq amerikalılar müştəri bazasının 20%-ni təşkil edib və miqrasiya etməyi planlaşdıranların sayı 2023-cü illə müqayisədə ən azı 30% artıb.