• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şimali Koreya əsgərləri əvəzində Moskvadan bunu istədi



Ölkə.Az xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Vi Son Lak “Korea Herald”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Pxenyanın maliyyə və ərzaq böhranını Rusiyanın dəstəyi ilə həll etməsinə kömək etməsi ilə bağlı tərəflər arasında müqavilə də imzalanıb.

Koreyalı deputat bildirib ki, rəsmi olaraq KXDR ildə orta hesabla təxminən 4 milyon ton taxıl istehsal edir: "Bunlar düyü, arpa, buğda və digər məhsullardır. Əhalinin dənli bitkiyə olan tələbatını ödəmək üçünsə Pxenyana 5 milyon ton taxıl lazımdır.  Problemi həlli üçün  Pxenyan ildə Rusiyadan 600-700 min tona qədər düyü  istəyib. Bu da Şimali Koreyanın illik tələbatının yarısından çoxunu ödəməyə kifayət edir".

O əlavə edib ki, indiyədək Pxenyan Rusiyadan 50-100 min tona yaxın düyü idxal edib.

Koreyalı deputat onu da bildirib ki, Pxenyan bundan əlavə olaraq, hərbçilərə maliyyə yardımı göstərməyi də istəyib və bu da müsbət həllini tapıb.

Qeyd edək ki, 2024-cü ildə Rusiya və KXDR arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin 4-cü bəndində deyilir: “Əgər tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf ona dərhal sərəncamında olan bütün vasitələrlə hərbi yardım göstərəcək". 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 20
Harris Trampı qabaqladı
0.015677928924561