• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kim Çen 9 yaşlı qızı ilə bu mesajı verdi



Bu həftə iki yüksək səviyyəli hərbi tədbirdə kiçik qızı ilə iştirak edən Kim Çen İn dünyaya iki mesaj verdi: Kim ailəsi Şimali Koreyanı daha bir nəsil idarə edəcək və heç kimin buna etiraz edə bilməyəcəyinə əmin olmaq üçün nüvə silahını özlərində saxlayacaq.

Baki.Media xəbər verir ki, bu barədə CNN-in reportajında bildirilib.

Kimin ikinci övladı olduğu güman edilən, təxminən 9 yaşlı Çju E çərşənbə axşamı axşam saatlarında Şimali Koreya lideri və həyat yoldaşı ilə birlikdə Pxenyan hərbi kazarmasında dəbdəbəli ziyafətə qatılıb.

Bir gün sonra o, Şimali Koreyanın paytaxtında Kim İr Sen meydanında qitələrarası ballistik raketlərin (ICBM) paradında iştirak edib.

Qərb müşahidəçiləri hesab edirlər ki, Kim Çenin 3 övladı var, Çju ortancıldır.

Cənubi Koreyadan olan analitiki Çon Son Çanqın fikrincə, Kimin öz varisini bu qədər erkən seçməsinin tarixi presedenti var, çünki atası Kim Çen İr də belə etmişdi.(axar.az)

ƏN ÇOX OXUNANLAR

0.13017416000366