• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni kənd təsərrüfatı naziri Məcnun Məmmədov kimdir?



Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Məcnun Qadir oğlu Məmmədov Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib.

Yeniavaz.com xəbər verir ki, 1983-cü ildə anadan olan Məcnun Məmmədov 2000-ci ildə Bakı Özəl Türk Liseyindən məzun olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Univesitetində təhsil alıb. 2004-2006-cı illərdə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

Əmək fəaliyytinə “AER” MMC-də başlayıb. 2010-2011-ci illərdə AER MMC-nin direktoru olub. Daha sonra – 2011-2018-ci illərdə “Paşa Holdinq”ə bağlı olan “PMD Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildən “Agro Food İnvestment” MMC-də direktor olub.

Məcnun Məmmədov eyni zamanda “Paşa Holdinq”in bağçılıq və innovativ ting biznesi olan “Grand-Agro” MMC-yə rəhbərlik edir. Bu şirkət əsasən Abşeronda zeytun və badam bağlarının salınması ilə məşğuldur.

Elnur Əli

ƏN ÇOX OXUNANLAR

0.10206007957458