• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

500 gün 70 metr dərinlikdə qaldı: başına gələnləri danışdı - VİDEO



Alimlər insan ağlı və bədəninin tənhalıq və məhrumiyyətlərin öhdəsindən necə gələ biləcəyi haqqında daha çox məlumat toplamaq qərarına gəlib. Bunun üçün ispaniyalı qadın Beatriz Flamini alimlərin təcrübəsində iştirak edib.

Baki.Media xarici KİV-ə istinadla xəbər verir ki, 50 yaşlı ispan alpinist 20 noyabr 2021-ci ildə yerin 70 metr altındakı mağarada 500 gün heç kimlə əlaqəsi olmadan tək qalıb.

Təcrübədə iştirak edəndə 48 yaşında olan qadın iki ad gününü yerin altında tək qeyd edib.

Almeriya və Qranada universitetlərindən bir qrup alim tərəfindən izlənilən qadın, yerin altında keçirdiyi vaxtla rekord qıraraq dünən yenidən sivilizasiyaya addım atıb.

50 yaşlı qadın mağaradan çıxandan sonra özünü mükəmməl və məğlubedilməz kimi hiss etdiyini bildirib.

“Bir il yarımdır susmuşam, özümdən başqa heç kimlə danışmıram. Tarazlığımı itirirəm, ona görə də dostlarım məni saxlayır. İl yarımdır ki, suya toxunmuram. Duş almağa icazə versəniz, tezliklə görüşərik”, - o, jurnalistlərə söyləyib.

Flamini mağarada qaldığı 500 gün ərzində formada qalmaq üçün tez-tez məşq edib, rəsm çəkib və kitab oxuyub.

Bütün bu anlar mağaraya enməzdən əvvəl özü ilə götürdüyü 2 kamera tərəfindən davamlı olaraq qeydə alınıb.

İspan mətbuatı Beatriz Flamininin mağaranın altında qalma müddətinə görə rekord qırdığını bildirib. Lakin “Ginnes” sözçüsü mağarada könüllü olaraq qalma müddətinə görə ayrıca bir rekordun olub-olmadığını və Flamininin onu qırıb-qırmadığını təsdiqləyə bilməyib.

Qeyd edək ki, Mauritsio Montalbini adlı italyan kişi ilk dəfə 1987-ci ildə mağarada 210 gün qalaraq dünya rekordu qırıb.

2016-cı ildə Serbiya vətəndaşının 460 gündən çox yerin altında qaldığı iddia edilsə də, bu məlumat rəsmi olaraq təsdiqini tapmayıb.

Günay

ƏN ÇOX OXUNANLAR

0.08118200302124