• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Beynəlxalq axtarışda olan sabiq müstəntiq tutulub



Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Adil Rəsul oğlu Qədirov Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

A.Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

A.Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

 

ƏN ÇOX OXUNANLAR

0.082917928695679