• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Yeni Klinika" oturacaq almaq üçün yeni yaranan şirkətə 21 min manat verəcək



"Yeni Klinika" söhbətgah, həyətyanı ərazi üçün oturacaq və zibil qutuları alır. 

Valyuta.az xəbər verir ki, klinika bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun verib. 

Müsabiqənin qalibi "Lama Group” MMC olub. "Yeni Klinika" ilə MMC arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 21 860 AZN-dir. Bu məbləğə 32 ədəd oturacaq, 4 ədəd söhbətgah, 36 zibil qutusu alınacaq.

Qanuni təmsilçisi Rəşad Məmməd oğlu İmanquliyev olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 8-də yerləşir. Nizamnamə kapitalı 100 AZN olan “Lama Group” MMC 24 yanvar 2023-cü ildə yaranıb. 

9 aydır yaradılan şirkət son iki ayda ümumi məbləği 61 495 AZN olan iki tenderin qalibi olub. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə əsasən satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması vacibdir. Açıq mənbələrdə “Lama Group” MMC haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin veb-səhifəsi və əlaqə nömrələri də yoxdur. Bu halda “Lama Group” MMC-nin “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinin tələblərinə cavab verdiyi inandırıcı görünmür.

ƏN ÇOX OXUNANLAR

0.086152076721191