• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cahangir Əsgərovun qızının 32 milyon borcu var – Sənədlər



“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti vəzifəsindən azad edilən Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” ötən il üzrə maliyyə hesabatını açıqlayıb.

Ekonominfo.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, AZAL prezidentinin qızının rəhbərlik etdiyi “Gazelli International Limited” öhdəlikləri son bir ildə 1,1 milyon funt-sterlinq artaraq 15,41 milyon funt-sterlinqə (32,8 milyon manat) yüksəlib.

Qeyd edək ki, “Gazelli International Limited” şirkəti 17 oktyabr 2007-ci ildə “15 Bury Walk, London, SW3 6QD” ünvanında qeydiyyatdan keçib. Şirkətin Londondakı ofisi də qeyd olunan ünvanda fəaliyyət göstərib. Ötən ilin dekabr ayında “Gazelli International Limited” qeydiyyat ünvanını dəyişib. Hazırda şirkət “174 Walton Street, London, SW3 2JL” qeydiyyatdadır.

Məlumat üçün bildirək ki, 2009-2011-ci illərdə şirkətə AZAL prezidentinin kiçik qızı Məlahət Əsgərova da rəhbərlik edib. Məlahət Əsgərova Londonda yerləşən “Gazelli International Limited” şirkətinə rəhbərlik edən zaman 22 yaşı olub. 

Bundan başqa 2008-ci ildə şirkətə italyan əsilli Britaniya vətəndaşı İgnazio Coraci rəhbərlik edib. İgnazio Coraci AZAL prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşıdır.  

İgnazio Coraci hazırda Londonda qeydiyyatda olan çoxsaylı şirkətlərə rəhbərlik edir. İgnazio Coracianın rəhbərlik etdiyi “ASC Handling Limited” şirkəti Hitrou Beynəlxalq Hava Limanında yükdaşıma xidmətləri göstərən şirkətlərdən biridir.

“ASC Handling Limited”dən başqa İqnazio Coracinin rəhbərlik etdiyi daha 6 şirkət Hitrou Beynəlxalq Hava Limanı ərazisində fəaliyyət göstərir. Həmin şirkətlərdən bəziləri fəaliyyətini dayandırsa da, fəaliyyətini davam etdirən şirkətlər də var. Belə ki, İqnazio Coraci 20 may 2006-cı ildən “Silkway (UK) Ltd”, 15 may 2008-ci ildən “Aviation Servicing Company Ltd”, 22 yanvar 2013-ci ildən “ASC Handling Limited”, 12 avqust 2015-ci ildən “Cargo İnvest Limited”,  12 fevral 2016-cı ildən “Airport Servicing Company Limited” şirkətlərinə rəhbərlik edir.

Bunlardan başqa İqnazio Coraci 12 fevral 2016 – 9 may 2017-ci il tarixlərində  “AS582 Limited”, 5 aprel 2008 – 17 dekabr 2008-ci il tarixlərində “Gazelli İnternational Limited” və 14 fevral 2014 – 23 fevral 2016-ci il tarixlərində “İcleverweb Ltd” şirkətlərinə rəhbərlik edib.

Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva isə Azərbaycanda qeydiyyatda olan “Gazelli Group” MMC-nin sahibidir. Nizamnamə kapitalı 42 milyon 32 min manat olan “Gazelli Group” MMC 08.05.2009-cu tarixində dövlət qeydiyyatına alınıb.

Zərifə Həmzəyeva eyni zamanda nizamnamə kapitalı 154 milyon 601 min 370 manat olan “Premium Bank” ASC-nin səhmlərinin 84,48%-nə sahibdir.  Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.

ƏN ÇOX OXUNANLAR

0.083745956420898