• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Abdolbari Gozalın kürəkənini neft şirkətinin Direktorlar Şurasına üzv seçmədilər



Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Gozalın qardaşı oğlu və eyni zamanda da kürəkəni olan Hassan Gozal İraqda neft hasilatı ilə məşğul olan “General Energy” şirkətinin Direktorlar Şurasına üzv seçilə bilməyib.

Ekonominfo.az xəbər verir ki, “General Energy” şirkəti İraqın Kürdüstan bölgəsində yerləşən “Taq Taq” neft yatağında 44%-lik payla operatorudur. Bundan başqa “General Energy” Kürdüstan bğlgəsindəki “Tavke” (25% pay) və “Sarta” (30% pay) yataqlarında pay sahibidir.

“General Energy” Mərakeşdə 75% payla “Lagzira” yatağının operatorudur. Eyni zamanda Somalinin tərkibindən ayrılan Somaliland bölgəsində də neft hasilatı ilə məşğul olur.

Məlumat üçün bildirək ki, yeganə səhmdarı Hassan Gozal olan “DAAX Construction” “General Energy” şirkətinin əsas səhimdarlarından biridir. Hassan Gozal 2020-2022-ci illərdə “General Energy” şirkətinin Direktorlar Şurasına üzvü olub.

Hassan Gozəl daha əvvəl Azərbaycanda da böyük tikinti işləri həyata keçirən “DİA Holdinq FZCO” şirkətinin səhimdarı olub. “DİA Holdinq FZCO” Azərbaycanda Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Şahdağ Turizm Kompleksinin tikintisini həyata keçirib.

Onu da bildirək ki, Hassan Gozalın adı bir müddət əvvəl Türkiyədə kürd əsilli rəssam Ahmet Günəştəkinin sərgisinə sponsorluq etməsi ilə gündəmə gəlib. Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu da Ahmet Günəştəkinin Diyarbəkirdə təşkil olunan sərgisini sərt şəkildə tənqid edərək, onu PKK terror təşkilatı ilə yaxın olmaqda ittiham edib.

ƏN ÇOX OXUNANLAR

0.11743903160095