• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermənistan-Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatlar… - ABŞ-nin özəl kəşfiyyatı



“Azərbaycan öz ordusunu (Ermənistanla sərhəddə və Qarabağda təmas xəttində) artırmağa davam etdikcə və geosiyasi şərait Bakının xeyrinə inkişaf etdikcə Ermənistanla Azərbaycan arasında gərginlik yüksək olaraq qalacaq”.

Ölkə.Az xəbər verir ki, bu barədə “Kölgə CIA” kimi tanınan ABŞ-nin özəl kəşfiyyat və analitik şirkəti “Stratfor” qeyd edir.

İddia olunur ki, “payız ənənəvi olaraq Azərbaycanın hərbi əməliyyatları üçün üstünlük verilən mövsümdür, çünki daha quraq, daha əlverişli hava şəraiti və çaylarda suyun səviyyəsinin aşağı olması regionda sürətlə hərəkət etməyi asanlaşdırır”.

“Kölgə MKİ” vurğulayır ki, “Azərbaycanın Ermənistan üzərində əhəmiyyətli təsir rıçaqları olsa da, şərtlərini qəbul etməyə məcbur edəcək tammiqyaslı müharibə riski ehtimalı kiçik eskalasiyalardan daha azdır”. 

Uzunmüddətli perspektivdə Rusiya sülhməramlılarının 2025-ci ildə ölkədən çıxması ehtimalı Azərbaycanın təsirini daha da gücləndirəcək ki, bu da “hazırda riskli və baha başa gələn hərəkətləri lüzumsuz edəcək”.

“Kölgə MKİ” “Azərbaycanın Ermənistanın cənubundakı Sünik vilayətini (tarixi Azərbaycanın Zəngəzur bölgəsi) ələ keçirmək cəhdini qeyri-mümkün hesab edir, çünki bununla beynəlxalq ictimaiyyətin iqtisadi reaksiyası və diplomatik qınağı ilə üzləşə bilər”.

“Stratfor”un fikrincə, “Qarabağın daha kiçik ərazilərini ələ keçirmək üçün daha kiçik əməliyyatlar Azərbaycana daha az xərclə və ağrılı nəticələr olmadan öz təsirini artırmağa imkan verir ki, bu da Ermənistanı 2025-ci ilə qədər Bakının xeyrinə sülh sazişi əldə etməyə sövq edəcək”.

 

ƏN ÇOX OXUNANLAR

0.12546896934509