• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əhədpur Xangah barəsində daha bir məhkəmə iddiası



“Az Texnika Ltd” MMC (VÖEN – 1301500271) İran əsilli tanınmış iş adamı Əhədpur Xangah Mənuçehrə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. 

Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı açıqlanmır.

Məlumat üçün bildirək ki, iddia qaldıran şirkətin əvvəlki rəhbəri də Əhədpur Xangah Mənuçehr olub.

Qeyd edək ki, Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan” holdiqlə birgə çəkilib. Mənuçehr Əhədpur Xangah “Gilan” holdiqə bağlı olan onlarla şirkətə rəhbərlik edib. Əhədpur eyni zamanda peşəkar “poker” oyunçusu kimi də tanınır. Bugünə kimi çoxsaylı poker oyunlarında qalib olub.

Onu da bildirək ki, daha əvvəl də Əhədpur Xangah haqqında çoxsaylı məhkəmə iddiaları qaldırılıb.

Müəllif Murad Məmmədov

Mənbə Yeniavaz.com 

ƏN ÇOX OXUNANLAR

0.08584189414978