• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mingəçevirdə məktəblilərdə “Hepatit A” virusu aşkarlandı



Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, son bir həftə ərzində şəhərin əsasən Tərəvəzçilik yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 5 nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlar dördü qız, biri isə oğlan uşağı olmaqla 6, 7, 9 və 11-ci sinif şagirdləridir.

Şagirdlərdən ikisinin valideyni bildirir ki, hər iki övladı paytaxtda xəstəxanadadır və uşaqların vəziyyəti qənaətbəxşdir.

Yaşayış yerində sudan nümunələr götürülüb, analiz üçün müvafiq qurumlara göndərilib.

Daha bir məktəbli müalicə üçün paytaxta aparılıb.

Onu da qeyd edək ki, "Hepatit A" virusu (HAV) tərəfindən törədilən və qaraciyərin iltihabına gətirən qaraciyər infeksiyasıdır. Ən geniş yayılmış qaraciyər xəstəliyidir. Hepatit A müalicəyə nisbətən tez tabe olur, belə ki hepatit xroniki mərhələyə keçmir.

Hepatit A-nın səbəbləri:

Orqanizmin Hepatit A virusu ilə yoluxması.
Qidada çirklənmiş məhsullar, çirkli, çiy su istifadə olunması.
Zəhərlənmiş adam ilə ümumi qabların, hamam ləvazimatlarının istifadə edilməsi.
Virusun cinsi yolla keçməsi.
Virusun ana bətnində anadan uşağa keçməsi.
Hepatit A üçün xarakterik olan əlamətlər:
Uzun müddət ərzində (10 günədək) yüksək temperatur.
Ürəkbulanma, qusma.
Ümumi narahatlıq.
Sidiyin tündləşməsi.
Dərinin, selikli qişaların saralması.
Nəcisin solğunlaşması.

Hepatit A-nın diaqnozu:

Hepatit A-nın diaqnostikası zamanı həkim bir sıra analiz və müayinələr təyin edir.  

ƏN ÇOX OXUNANLAR

0.37731409072876