- 11
ENDİRİLİR
ENDİRİLİR
"Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Expressbank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% azalaraq 3 milyon 396 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 15 milyon 707 min manat, faiz xərcləri isə 26.9% artaraq 4 milyon 214 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4.5 milyon manata ( illik müqayisədə 10.6% az ), qeyri-faiz xərcləri isə 10.9 milyon manata ( illik müqayisədə 1.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 40 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 30% çoxdur.
Bu ilin ilk üç ayı ərzində “Ekspressbank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 28.4 milyon manat azalaraq 531 milyon 812 min manata enib. Cari ilin ilk 3 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 8.5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106.5 milyon manat təşkil edib.
Bu dövrdə “Ekspressbank”ın cəmi öhdəlikləri 398.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7.4% və ya 31,8 milyon manat azdır.
Şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 4.7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 32.9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9.1% və ya 20.8 milyon manat azalaraq 209 milyon 432 min manata enib.
2023-cü il aprel ayının 1-nə “Ekspressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.6% və ya 3 milyon 421 min manat artaraq 133 milyon 239 min manat təşkil edib.