• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sülhməramlılar niyə vaxtından əvvəl çıxdı? - Markedonov



Rusiya sülhməramlılarına verilən qiymət bir məxrəcə endirilə bilməz. Onların missiyası iki mərhələyə bölünməlidir: Noyabr 2020 – mart 2022 və mart 2022 - sentyabr 2023. 

Ölkə.Az xəbər verir ki, bu fikri rusiyalı politoloq Sergey Markedonov “Forbes” jurnalında dərc olunan məqaləsində qeyd edib.

“Əgər birinci mərhələ Moskvanın müstəsna rolunu saxlamaq, "Dağlıq Qarabağ"ın status problemlərinin həllini daha yaxşı günlərə təxirə salmaq istəyi ilə səciyyələnirdisə, ikinci mərhələ üçün həlledici olmasa da, Rusiyanın Ukraynada “xüsusi əməliyyatı”nın başlaması, çox mühüm fon faktoru oldu”, - o yazır.

Onun fikrincə, Qərblə qarşıdurma Qarabağın nizamlanması prosesinə qədər uzandı və ATƏT-in Minsk Qrupunun formatı əngəlləndi. Rusiyanın Türkiyə və Azərbaycandan asılılığı xeyli artıb və Ermənistan rəhbərliyi müəyyən dəyişiklikləri hiss edərək, yumşaq desək, ikimənalı nəticəyə gəlib.

“Birincisi, Rusiyadan uzaqlaşmaq zərurəti, ikincisi isə ABŞ, Fransa və bütövlükdə Aİ-nin zəmanətləri ilə Qarabağ “yükündən” məcburən imtina etməkdir. Bütün bunlar isə Ankara ilə Bakının getdikcə daha sıx qarşılıqlı əlaqəsi fonunda baş verir. Bu mövcud potensialların məcmu effekti 2023-cü ilin sentyabrında baş verdi. Nəticədə Qafqaz kökündən dəyişdi və Rusiya sülhməramlılarının Qarabağ torpaqlarında qalma zərurəti sual altında qaldı.

Bəli, çoxları üçün rusların getməsi məğlubiyyət kimi qəbul ediləcək. Qarabağdakı sülhməramlılarla bağlı bütün hekayə göstərir ki, siyasət mümkün olanın sənətidir. Prioritetlərin dəqiq müəyyənləşdirilməsi tələb olunduqda bütün “sahələri” nəzarətdə saxlamaq çətindir”, - o yazır.

Miri
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 9
"Neftçi" qalib gəldi
0.026298999786377