• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

De Bruyne AVRO-2024-dən sonra karyerasını bitirəcək?



Belçika millisinin və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi ilə bağlı sualı cavablandırıb.

"Mən 10 ildir ki, bu komandada ("Mançester Siti") oynayıram və gənc oyunçulara ötürə biləcəyim çox şeylər bilirəm. Lakin karyeramı nə vaxt bitirəcəyimə hələ qərar verməmişəm", - UEFA mətbuat xidməti futbolçunun sözlərindən sitat gətirib.

Xatırladaq ki, belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. De Bruynenin iyunun sonunda 33 yaşı tamam olacaq. Keçən klub mövsümündə o, bütün yarışlarda 26 matçda iştirak edib, 6 qol vurub, 18 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt portalında verilən məlumata görə, belçikalının bazar dəyəri 50 milyon avrodur.

ƏN ÇOX OXUNANLAR

0.07828688621521