• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi 9 ayın şirkəti ilə milyonluq müqavilə bağlayıb: 989 713,2 AZN-ə istixana tikilir



Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Ağac-Bəzək Bitkiləri Sovxozu istixana kompleksinin tikilməsi ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Atlas Tikinti Quraşdırma” MMC seçilib. İstixana kompleksinin tikilməsi 989 713,2 AZN-ə başa gələcək.

“Atlas Tikinti Quraşdırma” MMC 24 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi İbrahimov Sahib Abdulla oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

“Dövlət satınalmaları haqqında” Qanunun satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması gərəkdir. “Atlas Tikinti Quraşdırma” MMC yeni yaranıb, 9 aydır fəaliyyət göstərir. Belə bir şirkətin qanunda göstərilən tələblərə cavab verdiyi inandırıcı görünmür. 

Ağac Bəzək Bitkiləri Sovxozunun direktoru Əmiraslan Əmiraslanov, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbəri isə Mirdamət Seyidovdur. 

ƏN ÇOX OXUNANLAR

0.084089994430542