- 4
ENDİRİLİR
ENDİRİLİR
Qusar Rayon İcra Hakimiyyəti abadlıq işlərinin satınalınması üzrə elan etdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "Topxana Layihə İnşaat" MMC olub.
Qusar rayon İcra Hakimiyyəti ilə "Topxana Layihə İnşaat" MMC arasında bağlanan müqaviləyə əsasən, şəhərdə abadlıq işlərinin aparılmasına 149.366,33 AZN xərclənəcək.
"Topxana Layihə İnşaat" MMC 17.04.1996-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Nizamnamə kapitalı 110010.00 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Cavanşir, ev 27, m. 39-dur. Şirkətin qanuni təmsilçisi Şirkətin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsində qeyd edilən məlumata görə, daha əvvəl şirkətin qanuni təmsilçisi Bayramov Əli Kamal oğlu olub.
Araşdırma zamanı məlum oldu ki, şirkətin adı yarandığı vaxtdan bu günə qədər bir çox qalmaqallı tenderdə çəkilib. Hələ 2022-ci ilin oktyabr ayında MMC-nin 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub.
Şirkət 2023-cü ildə dövlət quurmları tərəfindən keçirilən ümumi dəyəri milyon manatlarla hesablanan 30 tenderin qalibi olub.