• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qəzada həyatını itirən hərbçimizin anası: “Oğlum bizi yox, Vətəni, bayrağı seçdi” — VİDEO



Sentyabrın 13-ü qəza zamanı həlak olan və bu gün dəfn olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Taleh Saleh oğlunun yaxınları danışıblar.

Qeyd edək ki, hərbçi Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

“Oğlum bizi seçmədi, Vətəni, bayrağı seçdi. İki saat əvvəl danışmışdıq. Gülə-gülə sağollaşdı”, - şəhidin anası deyib.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

Xatırladaq ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

Ətraflı Baku TV-nin süjetində:
 

ƏN ÇOX OXUNANLAR

0.073102951049805