• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir



"Cinayət törədən şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaq".

"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov dörd qurumun birgə iştirakı ilə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, cinayət işləri ilə bağlı müvafiq qurumların peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov isə söyləyib ki, erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

O xatırladıb ki, sentyabr 19-da Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsinin 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının ölümü ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb.

Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

T.Rəhimov bildirib ki, cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov brifinqdə deyib ki, hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.

"Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədər DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - o vurğulayıb.

Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev də sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib ki, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

O bildirib ki, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqazidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.

Həmçinin mina partlayışı nəticəsində AAYDA-nın 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

 

ƏN ÇOX OXUNANLAR

0.089262962341309