• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elvin Hacıyevə məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb



Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan "Technoil” MMC daha bir tenderin qalibi olub.
 
Qaynarinfo.az xəbər verir ki, şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir. 
 
Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin  sayı11-ə çatıb. Bundan əvvəl şirkət, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, "Azəraliminüm” MMC-nin, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub. 
 
Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.
 
Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan "Technoil” MMC daha bir tenderin qalibi olub.
 
Qaynarinfo xəbər verir ki, şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir. 
 
Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin  sayı11-ə çatıb. Bundan əvvəl şirkət, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, "Azəraliminüm” MMC-nin, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub. 
 
Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.

ƏN ÇOX OXUNANLAR

0.10298800468445